AZ

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb - FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün "Xəzər” markalı avtomobilin sürücüsünə "saxla” işarəsi veriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, sürücü F.Nadirov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 22 sürücü barəsində inzibati protokol tərtib edilib.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
31
7news.az

10Mənbələr