AZ

Mehman OD PÜSKÜRDÜ: “Kişi özünə bəzək verməz”

Meyxanaçı Mehman Əhmədli növbəti açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, o, kosmetolji toxunuşlar etdirən kişi həmkarlarından söz salıb.

Mehman sənət adamlarına od püskürüb:

"Əgər insanın bir yerində nöqsan varsa, qulağı böyükdürsə, balacalaşdıra bilər, çənəsi uzundursa, kiçildə bilər. Amma kişi özünə bəzək verməz. Getsin, üzünü şişirtdirsin, burnunu düzəltdirsin, belə olmaz. Saçı kəçəldirsə, tük əkdirmək normaldır. Mən ağarmış saçlarımı da qaraltmaram. Kim edərsə, özü bilər".

Ziyafət Əlisoy

Seçilən
358
11
bakivaxti.az

10Mənbələr