AZ

Yatarkən belə yağ yandırmaq mümkündür –Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər.

Yatarkən arıqlamağın başqa üsulları da var. Məsələn, səhər yeməyinizdə və naharda edəcəyiniz kiçik dəyişikliklər yatarkən belə əhəmiyyətli miqdarda yağ yandırıb kalori xərcləməyinizə kömək edə bilər.

Medicina.az ekspertlərin mövzu ilə bağlı tövsiyələrini təqdim edir:

Yatmazdan əvvəl ət yeyin!

“Triptofan” adlı amin turşusu əksər ət növlərində olur. Bu turşu yuxuya güclü təsir göstərir. "Journal of Nervous and Mental Disease" jurnalında dərc edilən bir araşdırma yüngül yuxu problemi olan insanların ət yeyərək bundan xilas ola biləcəklərini göstərib. Belə ki, ¼ dərisiz toyuq budu və ya 85 qram yağsız hinduşka əti yemək saatlarla dərin yuxu təmin edə bilər. Bu cür yemək vərdişi yuxuya əhəmiyyətli təsir göstərdiyi üçün arıqlamaq prosesini sürətləndirir.

Axşam yeməyində çərəzlər, toyuq, balıq, mərcimək və yumurta kimi tərkibində triptofan olan qidaların seçilməsi orqanizmdə yuxu prosesini başlatmağa kömək edir.

Əgər aclıq hiss edirsinizsə, avokado və ya fındıq yağı kimi sağlam yağ mənbələrini istehlak etmək həm aclığınızı təmin edə, həm də sizi arıqlamaqla bağlı hədəfinizə yaxınlaşdıra bilər.

Onu da qeyd edək ki, yatmağa 2 saat qalmış qida qəbul etməyi tamamilə dayandırmaq tövsiyə edilir. Çünki dolu mədə ilə yatağa getmək əks effekt verəcək.

Yatmazdan əvvəl çay için!

Gecə yatmazdan əvvəl çay içmək, beyninizi sakitləşdirərək və yavaşladaraq yatmağınıza kömək edə bilər. Ən uyğun çaylar arasında çobanyastığı, nanə, lavanda və rahatlaşdırıcı xüsusiyyətləri ilə pişikotu var. Bu çaylar yatmazdan əvvəl sakitləşməyə və rahatlamağa kömək edə bilər. Ancaq tez-tez tualet ehtiyacına görə yuxunuzun pozulmaması üçün çay içməyi də yatağa getməzdən 2-3 saat öncə sonlandırmaq lazımdır.

Gün ərzində kifayət qədər lif qəbul edin!

Artıq bilirik ki, yatmazdan əvvəl çox yeməkdən, kola və qəhvədən uzaq durmalıyıq. Ancaq kompleks karbohidratların da axşam yeməyi əvəzinə naharda istehlakı vacibdir. Serotonin 3-cü mərhələ REM yuxusunda melatoninə çevrilir. Serotonin tam taxıl kompleks karbohidratlardan əldə edilir. Lakin gecə yatmazdan əvvəl karbohidratlar istehlak etmək lazım deyil. Əksinə, onları gün ərzində istehlak etmək tövsiyə olunur.

Bundan əlavə, gündəlik lif qəbulunu artırmaq üçün tam taxıllı qidaları istehlak etmək vacibdir. Gün ərzində 20 qram həll olunmayan lif istehlak etmək yuxuya getməyinizi asanlaşdıra bilər.

Bütün bu qaydalara əməl etsəniz, həm səhərə qədər orqanizminiz yağ yandıracaq, həm də keyfiyyətli yuxu sayəsində səhərlər daha gümrah oyanacaqsınız.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
50
medicina.az

10Mənbələr