AZ

Heydər Əliyev prospektində iki qəza olub - FOTO - YENİLƏNİB

Heydər Əliyev prospektində daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hazırda qeydə alınan 2 qəza nəticəsində həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

***

17.51

Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən metronun “Koroğlu stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Heydər Heydər
Seçilən
148
50
apa.az

10Mənbələr