AZ

Növbəti köç karvanı Şuşa şəhərinə çatdı – FOTO  

Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. 

Bizim.Media xəbər verir ki, bu dəfə 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini öz yurduna qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 
Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar. 

Bununla da Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin məskunlaşması təmin edilib. 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
27
bizim.media

10Mənbələr