AZ

"Rusiya Xarkova yaxınlaşır, vəziyyət son dərəcə dəhşətlidir" - "The Washington Post"

 
"Amerikanın silah yardımının ləngiməsi, bu silahlardan Rusiya ərazisində qanuni hərbi hədəflərə zərbələr endirilməsində məhdudiyyətlər Rusiyanın irəliləməsinə kömək edib..."
 
"Ölkə sağ qalmaq uğrunda savaşır, amma Kiyevdə və Ukraynanın qərbində elit yaşayış evlərinin inşası davam edir..."
 
"Ukrayna regiona əlavə qüvvələr göndərməklə şəhəri artilleriya atəşlərindən xilas etməyə cəhd göstərir..."
 
Ukrayna Rusiyanın Donbasda yaz və ya yayda gözlənilən hücumuna hazırlaşır. Bu hücum hələ qarşıda baş verə bilər, lakin Rusiya qoşunları gözlənilmədən Xarkov vilayətində sərhəddə hücuma keçib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Məqalədə deyilir ki, Rusiyanın beş taboru cəmi bir neçə gün ərzində Ukraynanın dərinliklərinə təxminən 8 km irəliləyərək, bir sıra kəndi ələ keçirib. Bu, müharibə başlanandan Rusiyanın ən sürətli hücumu ola bilər.
 
Rusiyanın Xarkov vilayətində uğurunun sirri nədədir?
 
Əgər rusiyalılar hücumu davam etdirsələr, onlar artilleriya ilə Xarkova çata biləcək. 2022-ci ildə Rusiyanın Xarkova artilleriya zərbələrinin izləri yarım milyon əhalisi olan şəhərin kənarlarında hələ də görünməkdədir. Nəşr qeyd edir ki, əgər Rusiyanın hücumları təkrarlanarsa, çox dəhşətli olacaq.
 
"Ən pis ssenari Xarkovun çöküşü ola bilər. Bu, hələlik az ehtimal olunur, lakin şəhəri xilas etmək üçün Ukrayna Donbasdan qoşunlarını geri çəkməlidir, bu da rusiyalılara bu regionda daha asanlıqla irəliyə getməyə imkan yaradır", - nəşr yazır.
 
Rusiyanın uğurunu Rusiyanın hərbi rəşadətinin Ukrayna və ABŞ-ın kobud səhvlərilə birgə uzlaşması ilə izah etmək olar. Rusiya qoşunları müharibənin ilk günlərindən öz döyüş keyfiyyətlərini yaxşılaşdırıb və döyüş müydanındakı şəraitə uyğunlaşıb. Ən vacibi olan onların Ukraynanın müdafiə xətlərini dağıtmaq üçün ağır planlaşdırıcı bombalardan istifadə etməsidir.
 
Bu arada isə Ukrayna Silahlı Qüvvələri ABŞ yardımının ləngiməsindən ciddi şəkildə zərər çəkib. Rusiyanın artilleriya döyüş sursatlarında üstünlüyü 10-nun 1-ə nisbətində olub. Bundan başqa,  Ukraynanın hava hücumundan müdafiə üçün döyüş sursatları tükənmək üzrədir.
 
Son altı ay ərzində Ukrayna Rusiya raketlərinin ötən altı ayda 73 faizlə müqayisədə təxminən 46 faizini ələ keçirə bilib. Ötən ayda bu rəqəm raketlərin 30 faizinədək düşüb. 
 
Ukraynanın ön cəbhədəki qoşunları üçün hava hücumundan müdafiəni adekvat təmin etmək qabiliyyətində olmaması o deməkdir ki, Rusiya ilk dəfə olaraq hava gücündən xeyli dərəcədə istifadə edə bilib.
 
Amerikanın döyüş sursatları və silahı, nəhayət, Ukraynaya daxil olur, lakin Ukraynanın bütün qüvvələrinin təmin edilməsi üçün aylar tələb olunacaq. Bu, rusiyalıları  istifadə etdiyi həssas boşluqdur.
 
Rusiyalılar həmçinin ABŞ-ın istənilən silahından Rusiya ərazisində qanuni hərbi hədəflərə hücum etmək üçün istifadə edilməsi üzrə olan məhdudiyyətlərdən istifadə edə bilər. 
 
Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) yazır ki, bu məhdudiyyətlər Rusiyanın irəliləməsinə kömək edib. Böyük Britaniya öz silahından istifadə edilməsinə analoji məhdudiyyətləri ləğv edib, lakin ABŞ-ın məhdudiyyətləri qüvvədədir.
 
"Təəssüf ki, Ukrayna hökuməti öz Silahlı Qüvvələrini genişləndirməkdə və istehkamlar inşa etməkdə ləngliyi ilə həmçinin Rusiyanın irəliyə getməsinə kömək edib. 
 
Eyni zamanda Rusiya Ukrayna və onun ətrafında qoşunlarının sayını xeyli dərəcədə, təxminən 500 minədək artırıb. Ukraynanın isə cəbhədə cəmi 200 min hərbçisi var. Bir çox birləşmələr fasiləsiz olaraq iki ildir döyüşür, güclü dərəcədə tükənib", - nəşr qeyd edir.
 
"Vəziyyət həddən artıq dəhşətlidir"
 
Ukraynada kadr çatışmazlığı çoxdan müşahidə edilir, lakin yalnız ötən ayda parlament səfərbərlik haqqında yeni qanun qəbul edib.
 
Hazırda Ukrayna 10 əlavə briqadanın yaradılmasını planlaşdırır, lakin bunun komplektləşdirilməsi, hazırlığı və silahlandırılması üçün aylar lazım gələcək, Ukraynanın isə bu qədər zamanı yoxdur.
 
Ukrayna həmçinin öz sərhədlərini və cəbhə xəttini çox ləng möhkəmləndirib. Ukraynanın ötən ildəki əkshücumu ona görə uğursuz alınıb ki, Rusiyanın mina sahələri,  səngər və istehkamları keçilməz olub. Ukraynanın müvafiq istehkamlarının olmaması hazırda Rusiyanın irəliləməsinə imkan verir.
 
İlk müdafiə xətti olmayıb. Rusiyalılar...sadəcə, heç bir minalanmış sahələr olmadan daxil oldular", - bunu jurnalistlərə ukraynalı zabitlərdən biri deyib.
 
Mart ayında prezident Vladimir Zelenski, nəhayət, üç müdafiə xəttində təxminən 2 min km-lik istehkamların inşa etdirilməsi təşəbbüsü ilə çıxış edib. Bu xətlər hazırda inşa edilir, lakin onlar bir çox aylar öncə yaradılmalıydı.
 
"Bu ləngimələr Zelenskinin Ukrayna cəmiyyətini müharibəyə daha çox səfərbər etmək üçün daha çoxunu etmək qabiliyyətinin olmadığını əkc etdirir. Ölkə sağ qalmaq uğrunda müharibə aparmasına rəğmən, Kiyevdə və Ukraynanın qərbində elit yaşayış evlərinin inşası davam edir. Bütün inşaatçıları və bütün texnikanı çoxdan istehkamların inşasına yönəltmək gərəkdir", - nəşr yazır.
 
Yaxşı xəbər ondan ibarətdir ki, Ukraynanın bu uğursuzluqlardan özünə gəlməsi üçün hələ zamanı qalıb. Yeni istehkamların inşası və daha çox ukraynalı əsgərlərin səfərbər edilməsi Amerika silahı və döyüş sursatlarının kütləvi şəkildə daxil olması ilə uzlaşması Rusiyanın hücumunu dayandırmalı və döyüş xətlərini sabitləşdirməlidir.
 
"Prezident Baydenin Amerika silahından Rusiyanın daxili hərbi hədəflərinə zərbələr üçün istifadə edilməsinə məhdudiyyətləri ləğv etməsi çox faydalı olardı. Lakin vəziyyət Kiyev və Vaşinqton tərəfindən güman edilən yanlışlıqlar ucbatından olmalı olduğundan həddən artıq dəhşətlidir", - nəşr yazır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
44
moderator.az

10Mənbələr