AZ

Putin Dmitri Peskovu bu vəzifəyə TƏYİN ETDİ

Dmitri Peskov Kremlin mətbuat katibi və Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

 

"Dmitri Sergeyeviç Peskov Rusiya Federasiyası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi təyin edilsin", - sənəddə deyilir.

 

56 yaşlı Peskov ilk dəfə 2008-ci ildə Putinin mətbuat katibi vəzifəsinə layiq görülüb. 2012-ci ildə Putin prezident seçkilərində qalib gəldikdən sonra  Peskov Rusiya prezident administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.

 

Əzizə Zeynal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
44
sfera.az

10Mənbələr