AZ

İranda polis bir ailənin 4 üzvünü güllələdi

İranın Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində polis qüvvələri minik avtomobilinə atəş açıb.

Sitat.info xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Öncədən xəbərdarlıq edilmədən açılan atəş nəticəsində maşında olan 28 yaşlı Əsgər Qumşadzehi həyatını itirib, onun həyat yoldaşı, 3 və 5 yaşlı övladları isə yaralanıb.

Bildirilib ki, hadisədən sonra hökumət məmurları öldürülən şəxs və yaralı ailə üzvlərini naməlum yerə aparıblar.

Hadisənin səbəbi və təfərrüatı barədə əlavə məlumat əldə etmək mümkün olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
25
sitat.info

10Mənbələr