AZ

ATAA: Turizm sektorunda sağlam rəqabət tam təmin olunmayıb

Azərbaycanda turizm sektorunda əldə edilən uğurlarla yanaşı, hələ də həllini tapmayan məsələlər var.

"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın IV Assambleyasında deyib.

O bildirib ki, turizm sektorunda hazırda sağlam rəqabət tam təmin olunmayıb ki, bunun da müəyyən səbəbləri var: "Azərbaycanda bəzi şirkətlərin qeydiyyatsız fəaliyyət göstərməsi, viza alınması prosesi zamanı düzgün olmayan fəaliyyət, qeyri-rəsmi çalışan bələdçilər turizm sektorunda sağlam rəqabətin tam təmininə çətinliklər yaradır”.

O qeyd edib ki, ATAA bu istiqamətdə bir sıra görüşlər keçirib, müzakirələr aparıb: “Mövcud problemlər diqqətə çatdırılıb. Biz bundan sonra da bu məsələlərin həlli üçün fəaliyyətimizi davam etdirəcəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
3
report.az

10Mənbələr