AZ

Aİ Rusiya ilə dialoqa hazırdır

Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumların dayanmasına əmr verərsə, Avropa İttifaqı Rusiya ilə sülh danışıqlarına başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa komissiyasının prezidenti Ursula fon der Lyayen deyib. 

Avropa Parlamenti seçkiləri ilə bağlı Romaya gələn fon der Leyen Avropa Xalq Partiyası (EPP) qrupuna daxil olan Forza Italia (FI) lideri və eyni zamanda Baş nazirin müavini və XİN olan Antonio Tajani ilə birgə gənclərlə görüşüb. 

Görüşün böyük hissəsi Ukrayna və Yaxın Şərqdə davam edən müharibələrə həsr olunub. 

Avropa komissiyasının prezidenti, Rusiyanın hücumları dayandırmasından dərhal sonra dialoqa başlamağa hazır olduqlarını qeyd edib.  Bununla belə, o, sülh prosesinin ukraynalılar tərəfindən idarə olunmalı olduğunu vurğulayıb. 

Fon der Lyaen Avropanın İkinci Dünya Müharibəsindən bəri sülh nizamı qurmaq istiqamətində böyük işlər gördüyünü və 2 ildən çoxdur davam edən müharibənin bu nizama ciddi ziyan vurduğunu deyib.

Seçilən
209
31
operativmm.az

10Mənbələr