AZ

“Zəyəm Texnologiyalar Parkı”na yeni müfəttiş təyin edilib

28 iyun 2024-cü il saat 11.00-da AZ5730, Şəmkir rayonu, Zəyəm şəhər tipli qəsəbədə, S.Vurğun küçəsi 24 nömrəli ünvanda “Zəyəm Tex­nologiyalar Parkı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin 2023-cü iş ili üçün maliyyə hesabatı.

2. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin müfəttiş vəzifəsinə Samir Məhəmməd oğlu Hacı­yevin təyin edilməsi.

3. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin Mü­şahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi.

4. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin aidiyyəti şəxslərlərlə əqdlərin bağlanması barədə ümumi yığıncağının qərarının verilməsi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
50
banker.az

10Mənbələr