AZ

UNEC-in sədrliyi ilə 7-ci Baş Assambleya keçiriləcək

Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası keçiriləcək.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, Türk dünyasının 50-dən çox universitetinin rektorlarının iştirakı ilə keçiriləcək beynəlxalq tədbirdə TÜRKÜNİB-in gələcək fəaliyyəti barədə əhəmiyyətli olan məsələlər müzakirə ediləcək. Eyni zamanda, TÜRKÜNİB-ə üzvlüklə bağlı 60-a yaxın universitetin müraciətinə baxılacaq.

 

Qeyd edək ki, TÜRKÜNİB-in qurulmasının əsas məqsədi ortaq tarixə, mədəniyyətə, dilə sahib olan ali təhsil müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsi, birliyə üzv olan universitetlərin elm və təhsil sahəsində proqramlarının uyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması üçün uyğun zəminin yaradılması, eləcə də birgə akademik fəaliyyətin, layihələrin, konfransların, mədəniyyət, elm və idman sahələrində müsabiqələrin həyata keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
15
azedu.az

10Mənbələr