Rusiyanın Volqoqrad vilayətində çənlərdə yanacaq daşıyan yük qatarı relsdən çıxaraq yanıb. Yük qatarının relsdən çıxmasının mümkün səbəbi pilotsuz təyyarənin hücumu olub.
Moderator.az xəbər verir ki, bu haqda Rusiyanın "Baza" telegram-kanalı məlumat yayıb.
Rusiya mətbuatının ilkin məlumatına görə, qatar “kənar şəxslərin müdaxiləsi nəticəsində” relsdən çıxıb.
Qəza gecə saat 01:00 radələrində Kotluban stansiyasının yaxınlığında baş verib. Ölən və yaralananlar olmayıb. Təcili xidmətlər yerindədir.
"Baza"-nın məlumatına görə, pilotsuz təyyarənin hücumu nəticəsində yanacaq olan iki vaqon yanıb. İlkin məlumatlara görə, bir sistern partlayıb. Bundan sonra yanacaq ətrafa səpələnib və otlar yanıb.
Ümumilikdə 9 qatar vaqonu relsdən çıxıb. Hazırda yanğın lokallaşdırılsa da, hələ tam söndürülməyib.
S.Laçın