AZ

Gecə saatlarında dəhşətli xəbər: Yaralılar var

Xaçmazda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA  xəbər verir ki, VAZ 2104 ilə "Chevrolet" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.


1989-cu il təvəllüdlü, Xaçmaz rayonunun Şıxlı kənd sakini, Hüseynova Fidan Salman qızı, 2008-ci il təvəllüdlü, Xaçmaz rayonunun Mürşudoba kənd sakini Hüseynov Kənan Rəşad oğlu və 1964 -cü il təvəllüdlü, Bakı şəhəri Suraxanı rayon sakini Abbasov Vahid Şahbaz oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
257
26
oxu24.com

10Mənbələr