Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zeydanla görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Bağdaddakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir Nəsir Məmmədov ilə İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan arasında görüş keçirilmişdir”, – səfirlik sosial şəbəkədə qeyd edib.
Mətbuat xidməti görüşün təfərrüatlarını paylaşmayıb.