AZ

Rustavidə Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib - FOTOLAR

Gürcüstanın Rustavi şəhərində yerləşən Təhsil və Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirin əvvəlində Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Mərkəzin rəhbəri Raidə Dərziyeva Ulu Öndərin həyat və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. 
Daha sonra “Heydər Əliyev və dünya Azərbaycançılığı” adlı məruzə ilə çıxış edən Rustavi şəhər 18 saylı ictimai məktəbin Azərbaycan dili müəllimi Nurlana Məmmədova, Ulu Öndərin milli dünyagörüşümüzün formalaşmasındakı əvəzsiz rolunu vurğulayıb. 

Şair, ictimai xadim Rafiq Hümmət və gənc ictimaiyyətçi-pedaqoq Savalan Osmanlı Ümummilli Lider Heydər Əliyevin Gürcüstanda yaşayan soydaşlarımızın taleyindəki mühüm rolu və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yolunda uzaqgörən siyasəti haqqında danışıblar.  

Tədbirin sonunda Mərkəzin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Mərkəzin üzvləri, şagirdlər və valideynləri Rustavi şəhərində yerləşən Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
50
unikal.az

10Mənbələr