AZ

Yunanıstanın baş naziri Ərdoğanla görüşüb

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.

"Unikal" xəbər verir ki, il ərzində dördüncü dəfə görüşən iki liderin Türkiyə və Yunanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərini nəzərdən keçirəcəyi və əməkdaşlığın yaxşılaşdırılması üçün mümkün addımların müzakirə edəcəyi gözlənilir.

Həmçinin, nümayəndə heyətləri arasındakı görüşdən sonra Ərdoğan Miçotakis ilə birgə mətbuat konfransı keçirəcək. Mətbuat konfransından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Miçotakisin şərəfinə rəsmi nahar verəcək.

Zərifə Nağıyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
269
50
unikal.az

10Mənbələr