AZ

Mirzoyana Bayramovun BMT-dəki çıxışı ilə cavab verildi

Ermənistanda aksiyalara rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyanın bir sıra diplomatlara fərari deməsinə cavab verib. 

"Unikal" xəbər verir ki, Baqrat jurnalistlərə açıqlamasında 2023-cü ildə Ermənistanın uğuruz diplomatiyasını xatırladıb. 

"Sentyabrda BMT-də keçirilən Təhlükəsizlik Şurasının iclasında Ararat Mirzoyanın çıxış etdiyi iclasda Bayramov Mirzoyanın rəhbərinin (Nikol Paşinyan - red.) sözlərinə görə, onu təkzib edir. Başqa heç nə demirəm. Ermənistanın tarixində belə biabırçı epizod olmayıb. Sadəcə bir epizod, belə mühüm kürsüdə öz ölkəsinin lideri tərəfindən rədd edilmək, inkar edilmək...", - deyə o açıqlayıb. 

Xatırladaq ki, xarici işlər naziri Ararat Mirzoyan "Vətən naminə Tavuş" hərəkatına qoşulan diplomatları "fərari" adlandırıb

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
36
unikal.az

10Mənbələr