AZ

Daha bir qanunsuz tikili söküldü - VİDEO

Göygöl rayonunun Qızılqaya kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-dən Anons.az-a bildirilib ki, qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Göygöl Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Agentlik tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
38
anons.az

10Mənbələr