AZ

Gəncə çayında suyun səviyyəsi ARTDI – VİDEO 

Qərb bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun artmasına səbəb olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gəncə çayında suyun səviyyəsi həddən artıq yüksəlib. 

Sakinlərin bildirdiyinə görə, son zamanlar çayın suyu demək olar ki, çox aşağı olub: 

“Son zamanlar Gəncə çayının belə gur gəlməsini görməmişəm. Demək olar ki, su çayın şəhər ərazisindən keçən hissəsində quruyurdu. Amma indi demək olar ki, bütün vadi boyu Gəncə çayı axır. Son günlər güclü yağan yağışlar suyun səviyyəsini nəzərə çarpacaq dərəcədə artırıb. Mən sonuncu dəfə çayın belə tam sahəsi boyu nə vaxt gur gəldiyini xatırlamıram” - deyə Gəncə sakini bildirib. 
Qeyd edək ki, son günlər yağan davamlı yağışlar bütün Qərb bölgəsində çaylarda suyun səviyyəsini atrırıb. 
 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
43
bizim.media

10Mənbələr