AZ

Bu il 46 uşaq övladlığa götürülüb

2024-cü il mayın 13-nə qədər vətəndaşlar tərəfindən 46 uşaq övladlığa götürülüb. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 
 
Bildirilib ki, övladlığa verilən uşaqlardan 24-ü oğlan, 22-si qızdır.

Bundan başqa, reinteqrasiya tədbirləri nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb.
 
 
2023-cü il Azərbaycanda 141 uşaq övladlığa verilib. 
 
Onlardan 71-i qız, 70-i isə oğlan olub. 
 
23 sosial xidmət müəssisəsində olan 1437 uşağın 1076-sı sağlam, 113-ü səhhətində problemi olan, 248-i isə 18 yaşınadək əlilliyi olan kimi qeydiyyatdadır. 
 
Hesabat ilində 197 uşaq reinteqrasiya prosesi nəticəsində öz ailələrinə qaytarılıb. 
 
2023-cü il həmçinin 5 uşaq himəyadar ailəyə verilib. 
 
Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
35
anews.az

10Mənbələr