AZ

Çin 2023-2024-cü maliyyə ilində Hindistanın əsas ticarət tərəfdaşı olub

Martın 31-də başa çatan 2023-2024-cü maliyyə ilində Çin Hindistanın əsas ticarət tərəfdaşı olub. Bu barədə “Business Standard” qəzeti “Global Trade Research Initiative” (GTRI) analitika mərkəzinin məlumatlarına istinadən yazır.

Bildirilir ki, bu dövr ərzində Hindistan və Çin arasında ikitərəfli ticarət 118.4 milyard dollar təşkil edib. Çin Hindistana elektron və telekommunikasiya məhsulları, o cümlədən qabaqcıl texnoloji komponentlər və smartfonların əsas təchizatçılarından biridir.

Qəzet həmçinin yazır ki, Çin Hindistanla ticarət əməkdaşlığında ABŞ-ni qabaqlayır. ABŞ-dən idxal keçən illə müqayisədə 14.7% artaraq 40.78 milyard dollara, ixrac isə 47.9% artaraq 77.52 milyard dollara çatıb.

Çin 2013-2014, 2017-2018 və 2020-2021-ci maliyyə illərində də Hindistanın əsas ticarət tərəfdaşı olub. Çindən əvvəl rəhbərlik BƏƏ-yə məxsus idi. ABŞ 2021-2022 və 2022-2023 maliyyə illərində Hindistanın ən böyük ticarət tərəfdaşı sayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
50
banker.az

10Mənbələr