Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Vüqar Rüstəm oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.