AZ

Yanvar-aprel aylarında Türkiyənin Rusiyaya polad məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Rusiyaya polad məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 23,2 faiz azalaraq, 51 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin aprel ayında Türkiyə Rusiyaya 18,5 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 28,5 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 5,2 milyard dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 13,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
25
turkic.world

10Mənbələr