AZ

Belqorodda mərmi düşən binada ölənlərin sayı artdı - Video + Yenilənib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiyanın Belqorod şəhərinin Şorsa küçəsində çoxmərtəbəli yaşayış binasına mərmi düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

“Yeddi nəfər xəsarət alıb, sakinlər təxliyə edilir”, - mənbə bildirib.

***

İlkin məlumata görə hadisə nəticəsində 17 nəfər yaralanıb.

***

 Son məlumata əsasən, onmərtəbəli binanın bir girişinin tamamilə çökməsi nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb.

***

RİA Novosti-nin məlumatına görə, binanın dağıntıları altından doqquzuncu cəsəd çıxarılıb.

Seçilən
239
2
1

1Mənbələr

Şərh ()
Bağla