AZ

“Sabah” “Qəbələ”yə uduzdu, “Sumqayıt” “Səbail”ə qalib gəldi

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Qəbələ” doğma meydanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gəlib. Bu oyunda paytaxt təmsilçisi 2 cavabsız qolla məğlub olub.

Turun son matçı isə avrokuboklara digər iddialı “Sumqayıt”la “Səbail” arasında baş tutub. Sumqaytı təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.

Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1),  “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” isə “Zirə”yə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
34-cü tur

12 may

“Qəbələ” – “Sabah” 2:0
Qollar: Əyyub Allaş, 33. Klesio Bauk, 45+1.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev (k), 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulaev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 90. Oluvaseun Timilehin
Baş məşqçi: Krunoslav Renduliç.

“Sumqayıt” – “Səbail” 2:1
Qollar: Kazimir Ninqa, 41-pen; 45 - Aleksandr Ramalinqom, 90+4.
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
4
rekord.az

10Mənbələr