AZ

XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Azərbaycan Braziliya və Əfqanıstana başsağlığı verib.

Editor.az  xəbər verir ki, bununla bağlı Azərbaycan XİN “X” səhifəsində paylaşım edib:

“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdən zərər çəkənlərə şəfa diləyir, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – XİN digər paylaşımında qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
42
editor.az

10Mənbələr