AZ

Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Sirac Elman oğlu İbrahimov marketin qarşısında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
160
23
nocomment.az

10Mənbələr