AZ

Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Bakının Yasamal rayonunda bıçaqlanma baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.





2003-cü il təvəllüdlü İbrahimov Sirac Elman oğlu marketin qarşısında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.





Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
139
23
ayna.az

10Mənbələr