AZ

İngilis dili bölməsində oxuyan uşaqlarda əsəbilik daha çox olur – Psixoloqdan ÇAĞIRIŞ

“Uşaq ikinci bir dil öyrənə bilər, amma öz dilini tam mənimsədikdən və 5 yaşın tamamından sonra. Nəzərə alsaq ki, indi uşaqlarda nitq gec açılır, 3 yaşından danışmağa başlayırlar. Əvvəllər uşaqlar 1 yaşından etibarən danışırdılar. Hazırda isə əksinədir. Bu səbəbdən 5 yaşında uşaq elə ancaq öz ana dilini bilir. Əvvəllər isə uşağı 3 yaşından inkişaf etdirirdin, 5 yaşında ana dilini mükəmməl bilirdi, hadisələri qurub, aydın şəkildə anlatmağı bacarırdı. Valideynlər türk telekanallarını uşaqlar üçün açırlar. Bir də baxırıq ki, uşaq öz Azərbaycan dilində yox, məhz Türkiyə türkcəsində danışmağa başlayıb. Sonra isə uşaq üçün  Azərbaycan dili ikinci dil kimi olur. Bu dönəmdə də valideyn onu birdən-birə ingilis dili bölməsinə aparır. Əvvəllər uşağı rus bölməsinə qoyurdular. Sanki rus dilini bilənlər daha öndə gedəcəklər, onlara yer çox ayrılırdı, önəm daha çox verilirdi. Hazırda isə valideynlər düşünürlər ki, ingilis dili yaxşıdır”.

News24.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib. 

Psixoloq bildirib ki, Azərbaycanda fiks qiymətlərə liseylər çoxdur: “Məhz təhsil ingilis dilində olduğu üçün bu liseylər belə qiymətədir. Məsələn, Azərbaycanda illiyi 12-16 minə olan liseylər var. Bu gün ingilis dilində fənn tədris edən müəllimlər o qədər yüksək əməkhaqqı almasalar da, fərq həddən çoxdur. Ölkəmizdə elə liseylər də var ki, dövlət liseyidir, ödənişsizdir. Tövsiyə edirik ki, valideyn ən birinci övladına dil öyrətməkdən daha çox, diqqət, qayğı, sevgi versin. Valideyn o bahalı liseyin ödənişini ödəmək üçün o qədər çalışır ki, uşağına sevgi, diqqət, qayğı - heç nə verə bilmir. Bir də ayılır ki, övladı ingilis dilini bilir, amma doğru yolda, düzgün psixologiyada deyil. Valideynin özünün ingilis, rus dilindən heç bir anlayışı yoxdursa, övladını aparıb ingilis, rus dili bölməsinə qoymalı deyil. Çox gözəl qayda öyrənmişəm. Övladları rus dili bölməsinə qoyan analar da artıq imtahanda yer alırlar. Aydınlaşdırırlar ki, görək, analar özləri rus dilini az-çox bilirlər, ya yox. Əvvəllər isə uşaq rus dilini bilirdisə, gedib rus bölməsində rahat otururdu. Dediyimiz kimi, ingilis bölməsi Azərbaycanda dövlət təhsil müəssisələrində yoxdur. Xüsusilə, özəl bağçalarda, məktəblərdə var. Uşaq ingilis dilini biləndə valideyn elə bilir ki, "hə, övladım ingilis dilini bildisə, xaricə gedəcək, ona bütün qapılar açıqdır". Amma belə deyil. İngilis və ya hər hansı xarici dili öyrənmək üçün gedib xarici ölkədə 3 ay yaşamaq yetərlidir. Valideyn uşağı qoyur ingilis bölməsinə, bəzən baxırıq ki, uşaq nə bu dili öyrənə bilir, nə də öz dilində sərbəst danışa bilir. Bu uşaq nəticədə təlim fəaliyyətində uğursuzluğa düçar olur. Uşaqları ingilis dili bölməsinə qoyursunuzsa, o demək deyil ki, bu uşaqların hamısı uğurlu olacaq. Bəzən məhz belə uşaqlarda gərginlik daha çox olur. Çünki bilmədikləri ortama gedirlər, ana dili başqa, təlim dili başqa. Bu da uşaqlarda gərginliyi, əsəbiliyi formalaşdırır”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
news24.az

10Mənbələr