AZ

"Biz gürcü xalqını dəstəkləyirik" - ABŞ-dən AÇIQLAMA

Vaşinqton seçim arasında qalan Gürcüstanda demokratiyanın geri çəkilməsindən dərin narahatdır.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. 

Onun sözlərinə görə, ölkə Kremlin 2 tipli Xarici Agentlər Qanununu, ya da xalqın Avro-Atlantik istəklərini dəstəkləməlidir: "Gürcüstan parlamentarilərini kritik seçki gözləyir: gürcü xalqının Avroatlantik istəklərini dəstəkləmək, yoxsa xarici agentlər haqqında Kreml tipli, demokratik dəyərlərə zidd qanun qəbul etmək? Biz gürcü xalqını dəstəkləyirik". 

Xarici agentlər haqqında qanun layihəsi Gürcüstanda siyasi böhrana səbəb olub və minlərlə insan qanun layihəsinin ləğvini tələb etmək üçün küçələrə çıxıb.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
253
50
unikal.az

10Mənbələr