AZ

Sabahın hava proqnozu açıqlandı

Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Yenicag.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
49

1Mənbələr

Şərh ()
Bağla