AZ

Ağ Ev İsrail və HƏMAS-ı atəşkəsə razı salmağa çalışır

Birləşmiş Ştatlar İsrail və Fələstinin radikal HƏMAS hərəkatını Qəzza zolağında atəşkəsə razı salmaq cəhdlərindən əl çəkmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

“Fiziki görüşlər başa çatsa da, yəni heç kim danışıqlar masasında bir-biri ilə üzbəüz oturmur və bu, çox təəssüf doğurur, biz hər iki tərəfi məşğul olmağa, müzakirələri davam etdirməyə çalışırıq. Ən azı virtual olaraq, potensial razılaşmanın mətni üzərində işləməyə davam edirik, biz hələ də bir sövdələşmənin mümkün olduğuna inanırıq", - Kirbi İsrail və HƏMAS arasında yeni razılaşmanın təmin edilməsi cəhdlərini şərh edərkən deyib.

"Lakin bu, liderlik tələb edəcək. Bu, mənəvi cəsarət tələb edəcək. Bu, güzəştə getmək və vicdanla danışıqlar aparmaq bacarığını saxlamaq tələb edəcək. Biz bundan əl çəkməmişik", - Ağ EV rəsmisi bildirib.

Xatırladaq ki, mayın 9-da Qahirədə Qəzza zolağında atəşkəs rejiminin yaradılması üzrə danışıqların növbəti mərhələsi başa çatıb. Əl-Qahirə Əl-İxbariyyə telekanalının verdiyi məlumata görə, tərəflər bir sıra mübahisəli məsələlər üzrə konsensusa gəlmədən Qahirəni tərk ediblər.

T.İSMAYIL

Seçilən
155
12
redaktor.az

10Mənbələr