AZ

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 3 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 122,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 79,5 milyon manat və ya 2,9 dəfə çoxdur.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu il mayın 1-nə regionda quraşdırılmış yeni nəsil NKA-ların sayı 3 329 ədəd olub.

İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,3 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin 4 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə artaraq 439,7 min manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
26
banker.az

10Mənbələr