AZ

“AzerGold” QSC-nin yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli qızıldan ənyüksək keyfiyyət hesab edilən 999.9 əyarda istehsal edilmiş yeniqızıl sikkə nümunəsini təqdim edib. Yeni sikkə Azərbaycanınunudulmaz tarixi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin xatirəsinəxalqımızın ehtiramını əks etdirən, onun zəngin mənəvi irsiniyaşadan, xeyirxah və nəcib təşəbbüsləri ilə ölkənin sosial-iqtisadiinkişafına mühüm töhfələr verən Heydər Əliyev Fondununyaradılmasının 20-ci ildönümünə həsr olunub.

Heydər Əliyev Fondunun zəngin və çoxşaxəli fəaliyyətini tərənnümedən sikkənin üzərində Fondun loqosu təsvir olunub. Loqonu haşiyəyəalan, günəşin şəfəqlərini xatırladan həndəsi xətt və fiqurlarhəyatı, işığı, həmçinin zamanı ifadə edir. Dizayn elementləriHeydər Əliyev Fondunu humanizm, mərhəmət simvolu kimi xarakterizəedir. Təsvir sikkənin yuxarı və aşağı hissəsində yubileyi ifadəedən “20” ədədi ilə tamamlanır.

20 qramlıq çəkidə istehsal edilmiş yeni qızıl sikkələr“AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanındayerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması -“www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı vəgümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələrilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən etibarən yerlipərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətlimetallar bazarının inkişafına təkan vermək və pərakəndə satışıstimullaşdırmaqdır. “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyalarıölkəmizin, onun tarixi keçmişi, incəsənəti, mədəni irsinin və digərdəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi və sərfəliinvestisiya alətidir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
29
az.trend.az

10Mənbələr