AZ

Kuba prezidenti Rusiyaya xüsusi əməliyyatda uğurlar arzulayıb

Kuba prezidenti Migel Diaz-Kanel Bermudes Rusiyaya xüsusi hərbi əməliyyat keçirməkdə uğurlar arzulayıb.

 

Oxu24.com  xəbər  verir   ki, O, bunu “Rossiya 24” telekanalı ilə yayımlanan Rusiya lideri Vladimir Putinlə görüşdə deyib.

 

Kuba lideri NATO-nun Rusiya sərhədlərinə yanaşmasını və ABŞ-ın həyata keçirdiyi “geosiyasi manipulyasiya”nı da xatırladıb.

 

Diaz-Kanel Bermudes, "Sizə və Rusiya Federasiyasına xüsusi hərbi əməliyyatın həyata keçirilməsində uğurlar arzulayırıq",-deyə bildirib.

 

Kuba lideri Moskvaya mayın 7-də gəlib. Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Dias-Kanel Bermudes mərasimlərdə iştirak etdikdən sonra Rusiya prezidenti ilə danışıqlar aparacaq.

 

Uşakov həmçinin bəyan edib ki, Putin mayın 9-da Qələbə paradına dəvət olunmuş Laos və Qvineya-Bisau prezidentləri ilə bir sıra məsələləri müzakirə edəcək. O, həmçinin qeyd edib ki, Moskvada keçiriləcək Qələbə paradına yalnız Rusiya Federasiyasına dost ölkələrin diplomatları və hərbi attaşeləri dəvət olunacaq.

 

Bundan əvvəl Putin Rəhmonla görüşüb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
50
oxu24.com

10Mənbələr