AZ

Rusiyanın ən böyük aviaşousu yenidən ləğv edilib

“İnterfaks” aviasiya sənayesindəki üç mənbəyə istinadən xəbər verir ki, yayda Moskva yaxınlığındakı Jukovskidə keçirilməli olan Beynəlxalq Aviasiya və Kosmik Salon (MAKS) ləğv edilib.

 

Oxu24.com  xəbər  verir   ki, Rusiyada 1993-cü ildən keçirilən və 2000-ci illərin ortalarında federal status almış ən böyük təyyarə sərgisi ikinci ildir ki, təxirə salınıb.

 

“İnterfaks”ın həmsöhbəti bildirib ki, salonun ləğvi barədə qərar hələ rəsmiləşdirilməsə də, artıq verilib.

Keçən il MAKS öz tarixində üç onillikdə ilk dəfə keçirilmədi.

 

Səbəb Rusiya aviasiya sənayesinə qarşı beynəlxalq sanksiyalar olub, “Vedomosti”nin hökumətə yaxın mənbəsi bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
50
oxu24.com

10Mənbələr