AZ

Nigar: ””Avroviziya”da pozğunluğun reklamı ən yüksək səviyyədə idi” - FOTO

“Vaxt var idi, heç “Avroviziya”da yox idik. Vaxt da var idi, qalib olmuşuq, ikinci yeri də tutmuşuq, dəfələrlə onluqlarda olmuşuq, aşağı pillələrdə də yer almışıq. Finala da keçmədiyimiz illər olub. Ona da müsabiqə deyərlər, bir gün qalib olan, bir gün uduzmağı da bacarmalıdır. Əsas odur ki, ölkə hər zaman layiqli təmsil olunub”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Ranar Musayev “Avroviziya” təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətovun finala çıxmadığına görə sosial şəbəkə əhli tərəfindən tənqidlərə məruz qalmasına cavab olaraq yazıb.

Ranar Musayev təmsilçilərimizin musiqi prodüseri Eldar Qasımovun istefasını tələb edən izləyicilərə yarışmanın pərdəarxası məqamlarını açıqlayıb:

"Vacib amillərdən biri də odur ki, 16 ildir beynəlxalq standartlara cavab verən, böyük səhnəyə hazırlıq prosesindən keçən, məktəb görən, təcrübəli, peşəkar ulduzlarımız yetişir. Bu il də eyni təcrübə keçmiş daha 2 müğənni yığdıqlarını öz ölkələrində paylaşmağa qayıdır. O ki qaldı heç vaxt heç nəyə nail olmayan, istefa tələbi ilə çıxış edən, divan ekspertlərinə: Bu gün eyni bulvarda addımlayaraq "Crystal Hall" konsert zalına gedəndə, adımızı dünyanın ən məşhur mahnı yarışması "Avroviziya" tarixində qalib ölkə kimi görəndə, nankor beyninizi işə salıb, xatırlayın ki, bu əziyyətin bir payı həmin istefasını tələb etdiyiniz şəxsin çiyninə düşür.

13 il öncə hava limanında bayrağı çiyninə atıb yallı gedənlər indi unudub ki, həmin bayrağın nümayəndələri dəyişilməyib. Yenə də özümüzük. Bir də özünüzə sual verin: Bəs, mən ölkəmin inkişafı üçün nə etmişəm? Ucalanı qucağa almaq, göydən yerə düşəni tapdalamaqdan başqa nə bacarığım var? Ona görə də istər qalibiyyət, istərsə də məğlubiyyətlə nəticələnən cəhdin əziyyətinə görə hər kəsə təşəkkür düşür. Biriləri yıxıla-yıxıla, cəhdləri nəticəsində qalib olur. Digərləri tapdalaya-tapdalaya sonda qalibin qarşısında sadəcə başını əyməli olur. İndi seçim edək: kim yıxılmaq, kim tapdalamaq istəyir?".

Musayevin qalmaqallı paylaşımını 2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən Nigar Camal belə şərh edib:

“Yarımfinalda hər şey qabardılmış idi. Nömrələr rəngarəng, amma zərif idi. Müharibə və Vətən mövzusu “Avroviziya”da qadağandır. Əgər kimsə bu haqda oxusa, diskvalifikasiya edilir. Amma şeytanlığın, qrup seksinin təbliği, bir sözlə pozğunluğun reklamı ən yüksək səviyyədə idi və bu qəbuldur”.

Qeyd edək ki, Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov Azərbaycanı “Özünlə apar” mahnısı ilə təmsil ediblər. Onlar finala çıxa bilməyiblər. 

 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44401
Abdullahianın cəsədi tapıldı - FOTO
32895
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27336
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20168
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17845
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11779
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8130
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6940
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5378
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5007
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965