Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ oldu
Ermənistanda 2 bal gücündə zəlzələ baş verib. Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, zəlzələ 20:40-da Ermənistan-Azərbaycan sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.