AZ

Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub

Moderator.az xəbər verir ki, Ankara şəhərindəki ən böyük bələdiyyələrdən olan Keçiören bələdiyyəsi beynəlxalq mədəniyyət festivalı – Hıdırellez mövsümi bayram münasibətilə festival keçirilmişdir. Festivala Türkiyədə Türk dövlətlərinin diplomatik nümayəndəlikləri, mədəniyyət mərkəzləri qatılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri ölkələrinə dair milli stendlər qurmuşlar. Azərbaycanı tədbirdə Türkiyədəki Səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

 

Tədbir çərçivəsində Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan Azərbaycan səfiri Rəşad Məmmədov və digər diplomatları qəbul etmiş, qarşılıqlı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılmışdır. Daha sonra Keçiören bələdiyyəsinin qarşısında meydanda tədbir bədii proqramla davam etmişdir. Festivalda ölkələrin milli stendlərinə baxış keçirilmiş, qonaqlar Azərbaycan stendində milli mədəniyyətimizə dair suvenirlər, nəşrlərlə tanış olmuş, milli mətbəximizə dair yemək və şirniyyatlara qonaq edilmişlər.

Festivalı Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan çıxış edərək, qonaqları salamlamış, Türk dünyasında baharın gəlişi kimi qeyd olunan Hıdırellez bayramı haqqında danışaraq, unudulmaqda olan adət və ənənələrin bərpasının önəmini söyləyərək, bayramın xalqlarımız arasında birlik, həmrəylik və gözəl ənənələrə malik olmağımızın göstəricisi olduğunu qeyd edib. Mesut Özarslan Türk dünyası arasında tarixi dostluq və qardaşlıqdan danışaraq, əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu qeyd etmiş və Türk dövlətlərinin qardaşlaşmış bələdiyyələri ilə əməkdaşlığın inkişafının diqqətdə saxlayacağını vurğulayıb. Daha sonra iştirakçı ölkələrə fəxri diplomlar təqdim olunmuş, Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov Anakara Keçiören bələdiyyəsinin Fəxri diplomu ilə təltif olunmuşdur.

Festivalda bədii proqramda müxtəlif ölkələrin rəqs kollektivləri milli rəqslərini təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim edilib, Ankaradakı “Hazar” Rəqs Ansamblı “Uzundərə”, “Naz eləmə” kimi milli rəqslərimizi ifa ediblər. Müxtəlif rəqs ansamblların çıxışı, konsert proqramından sonra Hıdırellez bayramının adətlərindən olan tonqallar qalanmış, çəkiclə dəmirdöymə mərasimi icra edilmiş, bayramın əsas ənənəsi olan ağaçlara diləklər tutaraq yaylıqlar bağlanmışdır.

Seçilən
99
10
moderator.az

10Mənbələr