Səhərlər yuxudan yorğun oyanmağın 5 əsas səbəbi var.
BAKU.NEWS bildirir ki, bu sözləri E-saglam.az-a açıqlamasında Xətai Tibb Mərkəzinin uzman terapevti Çinarə Səfərova deyib.
Keyfiyyətsiz yuxu - əgər siz sutka ərzində 7 saatdan az yatırsınızsa o zaman, sizin orqanziminiz və beyniniz tam istirahət edə bilmir. Belə olduqda yuxudan əzgin və halsız oyanaraq gün boyu yuxulu olursunuz.
Yetərli qidalanmama - Vitamin çatışmazlığı.
Xroniki stress - İş prosesi insanların həyatında əsas stres mənbəyi hesab olunur.
Oturaq həyat tərzi - müasir dünyada bir çox insan oturaq həyat tərzi keçirir. Buna görə də idmana mümkün qədər çox vaxt ayrılmalıdır.
Susuzlaşma - Statistikaya görə, bədəndə mayenin cəmi 2% azalması yaddaşın pisləşməsinə və diqqət dağınıqlığına səbəb olur. Su baş-beyinə enerji verir, funksiyalarının normal yerinə yetirməsinə şərait yaradır. Bundan əlavə, su hormonların sintezi üçün də vacibdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta