"Moskva ilə İrəvan arasında çoxlu problemlər var".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Yığılmış çoxlu problemlər var, onlardan bəziləri səsləndirilib”, - Paşinyan bildirib.
O qeyd edib ki, problemlər neqativ nüansların aradan qaldırılması məqsədilə, Ermənistanla Rusiya arasında dostluq münasibətləri kontekstində səsləndirilib.
“Problemlər var və İrəvan bütün diqqətini onların həllinə cəmləyib”, - o əlavə edib.
Gülayə Mecid