AZ

BMT baş katibinin köməkçisi Azərbaycanda COP29-un uğurla keçəcəyinə inanır

Bakı. Trend:

İnanıram ki, Azərbaycanda keçiriləcək COP29 uğurlu olacaq.

Trend xəbər verir ki, bunu mayın 7-si BMT Baş KatibininKöməkçisi, İnzibati Köməkçi və Direktor, BMTİP-in Siyasət vəProqram Dəstəyi Bürosunun direktoru Markos Neto, “Azərbaycanın 4-cüKönüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələrvə 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqununaçılışındakı nitqində deyib.

“COP29 çox mühüm vaxt bölümünə təsadüf edir. İnanıram ki, butəsbir uğurla keçiriləcək. Dayanıqlı İnkişaf Məqsədləri sırasındada iqlim dəyişikliyi ilə mübarizəni nəzərdə tutan məqamlar var”, -deyə o bildirib.

Onun sözlırinə görə, Azərbaycan 2050-ci ilə qədər karbon dioksidtullantılarının azaldılması üzrə öhdəlik götürüb.

“Əminəm ki, Azərbaycan bu yolda daha böyük uğurlara imza atacaq.Biz də BMT olaraq iqlim dəyişikliyi istiqamətində Azərbaycanla öztəcrübəmizi bölüşəcəyik. BMT-nin inkişaf proqramı COP29 ərəfəsindəbu məsələdə Azərbaycana öz dəstəyini verəcək”, - deyə obildirib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
az.trend.az

10Mənbələr