AZ

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqladı

Azercell media nümayəndələri və aidiyyatı tərəfdaşlar üçün təşkil etdiyi "Davamlı bağlantı üçün dayanıqlı inkişaf: Azercell-in illik ESG hesabatının təqdimatı" adlı tədbirində Dayanıqlılıq hesabatını ictimaiyyətə açıqlayıb.

Publika.az xəbər verir ki, Hesabat Qlobal Hesabat Təşəbbüsü (GRİ) standartlarına uyğun olaraq hazırlanıb və Azercell-in ekoloji, sosial və idarəetmə meyarları üzrə 2023-cü il fəaliyyətini əks etdirir.

Şirkətin Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva bildirib ki, hesabat Azercell-in ətraf mühit, sosial və idarəetmə sahələrində fəaliyyətini əks etdirməklə bərabər operatoru tərəfdaşlara yeni perspektivdən tanıdır. Hesabat Azercell-in dövlət, cəmiyyət və ətraf mühit qarşısında daşıdığı məsuliyyəti bir daha vurğulayaraq sağlam və təhlükəsiz gələcək naminə üzərinə götürdüyü öhdəliklərin icrasını nümayiş edir. Ş. Əliyeva qeyd edib ki, Dayanıqlılıq strategiyası BMT-in Davamlı İnkişaf Məqsədləri ilə uzlaşır.

Hesabatın ekoloji komponentində günəş enerjisi ilə işləyən baza stansiyaları, tullantı, su və yanacaqdan istifadənin azaldılması səyləri, batareyaların təkrar emalı və səmərəli enerji İstehlakı vasitəsilə "karbon ayaq izi"ni azaltmaq səyləri öz əksini tapıb. Şirkət son illər ətraf mühitin qorunmasına dəstək məqsədilə Qarabağda iki, Qobustan və Tovuzun hər birində isə bir ədəd olmaqla günəş enerjisi ilə işləyən stansiya qurub.

Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq üçün Azercell-in əldə etdiyi ISO 14001:2015 standartı şirkətin ESG öhdəliyinin daha bir bariz nümunəsi kimi hesabatda öz yerini alıb.

Şirkətin təhsil, idman, səhiyyə, qadın və uşaqların hüquqlarının qorunması, eləcə də ümumiyyətlə rəqəmsal inklüzivlik sahəsində dəstəklədiyi layihələr hesabatın sosial bölümündə öz əksini tapıb. Hesabata həmçinin Azercell-in qadınların güclənməsi və onların İKT sahəsində rolunun artırılmasına yönlənmiş xüsusi proqramları da daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
17
publika.az

10Mənbələr