AZ

"Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq" -  Mikayıl Cabbarov

"Ötən illər ərzində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərmişik. Bizim hüquqi bazamız genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb".

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov mayın 7-də Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.

Nazir qeyd edib k, 2021-ci ilin oktyabrında ölkələrimiz arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu saziş iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.

“Bundan əlavə, 2023-cü ildə biz ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş imzaladıq və bu sazişin 2025-ci il yanvarın 1-də qüvvəyə minməsi gözlənilir. Bu, ölkələrimiz arasında biznes mühitini daha da yaxşılaşdıracaq. Hazırda biz Azərbaycan Respublikası ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni də nəzərdən keçiririk”, - deyə M.Cabbarov diqqətə çatdırıb.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
525.az

10Mənbələr