AZ

Bu şəxslər 8 min manat cərimələnəcək

Dərman vasitələrinin reseptdə yazılmasında və dərman vasitələrinin buraxılışında iştirak edən şəxslərin müvafiq olaraq ali tibb, ali və ya orta əczaçılıq təhsilinə malik olmaları, həmçinin, təhsilini təsdiq edən sənədin verilmə tarixindən 5 ildən çox keçdiyi təqdirdə sertifikasiya şəhadətnaməsinə malik olmalarına nəzarət ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Belə ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər 800 (səkkiz yüz) manatdan 1000 (min) manatadək məbləğdə, hüquqi şəxslər 6000 (altı min) manatdan 8000 (səkkiz min) manatadək məbləğdə cərimə edilir.

Seçilən
135
10
publika.az

10Mənbələr