AZ

Serbiyada keçiriləcək Avropa Çempionatına yollanacaq seçmə komandanın heyəti açıqlanıb

Serbiyanın Novi Sad şəhərində sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birincilikləri keçiriləcək.

Oxu.Az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu mötəbər idman tədbirində ölkəmizi üç yaş qrupu üzrə ümumilikdə 22 samboçu və iki məşqçi təmsil edəcək. 9-10 may tarixlərində Avropa çempionatı, 11-12 mayda isə Avropa birincilikləri baş tutacaq.

Millilərimiz 22 idmançı ilə təmsil olunacaq. Bunların yeddisi böyüklər, yeddisi gənclər və səkkizi yeniyetmələr kateqoriyasında mübarizə aparacaq.

Böyüklər: Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Hacalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ağani Məmmədov (88 kq), Rəsul Aydəmirov (98 kq), Sabir İsayev (+98 kq);

Gənclər: Murad Fətullayev (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), Sadiq Zeynallı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq);

Yeniyetmələr: İsmayıl Əlipənahov (53 kq), Ziyəddin Zeynallı (58 kq), Nicat Süleymanlı (64 kq), Mikayıl Əmirov (71 kq), Roman Qarayev (79 kq), Əli Əliyev (88 kq), Ramal Cavadov (98 kq), Hacıbaba İmaməliyev (+98 kq).

Qeyd edək ki, komandalarımıza böyüklərdən ibarət milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın çalışdırıcısı Bəxtiyar Hacıyev rəhbərlik edəcək.

Seçilən
107
10
oxu.az

10Mənbələr