19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
QOL.az AFFA-nın saytına istinadə xəbər verir ki, 7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Moldovada keçiriləcək..