AZ

Şahin Bağırov onu özünə müşavir təyin etdi

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Oxu24.com xəbər verir ki, bu barədə DGK sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Şamo Mürşüdov DGK sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ş.Mürşüdov İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri olub.

Xatırladaq ki, bu təyinata qədər DGK sədrinin 2 müşaviri var idi. Artıq müşavirlərin sayı 3-ə çatıb.

Seçilən
249
4
oxu24.com

4Mənbələr