AZ

Medvedev: "Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq"

Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək bu dövlətlərin birbaşa Rusiyaya qarşı müharibəyə başlaması kimi qəbul olunacaq və qlobal fəlakətlə nəticələnəcək.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. 

"Onlar qoşunlarını keçmiş Ukrayna ərazisinə göndərsələr, biz cavab verməli olacağıq”, - deyə o, bazar ertəsi Telegram kanalında yazıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, bu halda Qərb ölkələrinin liderləri “nə Kapitoli təpəsinə (ABŞ Konqresinin yerləşdiyi yer), nə də Yelisey Sarayına (Fransa prezidentinin iqamətgahı) və ya Dayninq küçəsi, 10-a (Böyük Britaniya baş nazirinin iqamətgahı) sığına biləcəklər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
33
bizim.media

10Mənbələr